Rusiyada COVİD-in 20-dən çox variantı aşkarlandı

Rusiyada COVİD-in 20-dən çox variantı aşkarlandı
  23 Mart 2021    Oxunub:2079
Rusiyada ilk dəfə Böyük Britaniyada rast gəlinən koronavirusun yeni ştammına 50-dən çox yoluxma halı qeydə alınıb.
Bunu “Vektor” mərkəzinin baş direktoru Rinat Maksyutov bildirib. Onun sözlərinə görə, ölkə ərazisində Cənubi Afrika Respublikasında aşkarlanmış ştamma üç yoluxma, həmçinin araşdırma tələb edən virusun 20-dən çox unikal variantı müəyyən edilib.

Qeyd edək ki, koronavirusun VOC-202012/01 növü ötən ilin sentyabr ayında Böyük Britaniyada üzə çıxıb. Cənubi Afrika Respublikasında 501y. V2 ştammı keçən ilin avqust ayının əvvəlində aşkar olunub, Braziliya və Yaponiyada isə P. 1 ştammı 2020-ci ilin dekabr ayından yayılmağa başlayıb.

Azvision.az


Teqlər: Rusiya   Koronavirus  



Xəbər lenti