ABŞ-da atışma zamanı 10 nəfər öldürüldü

ABŞ-da atışma zamanı 10 nəfər öldürüldü
  23 Mart 2021    Oxunub:1218
ABŞ-ın Kolorado ştatında baş verən atışma qurbanlarının sayı artıb.
Azvision.az xəbər verir ki, supermarketdə baş verən atışma nəticəsində azı 10 nəfər ölüb. Bununla bağlı açıqlamanı Boulder Şəhər Polis İdarəsi "Twitter"də yayımlayıb.

Qeyd edək ki, Kolorado polisi atışmanı başladan şəxsin tutulduğunu bildirib. Bundan əvvəl KİV-lər hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşı da daxil olmaqla ən azı altı nəfərin insidentin qurbanına çevrildiyini yazmışdı. İnsanlara atəş açan şəxsin şəxsiyyəti açıqlanmayıb. Yerli Polis İdarəsi rəhbərinin sözlərinə görə, hadisənin araşdırılması bir neçə gün çəkə bilər.

Xatırladaq ki, bazar ertəsi günü "King Soopers" supermarketinin yaxınlığında naməlum şəxs insanlara atəş açıb. Daha sonra o marketdə gizlənib. Ağ Evin sözçüsü Jen Psaki isə ABŞ prezidenti Coe Baydenin bu dəhşətli hadisə ilə əlaqədar məlumatlandırıldığını söyləyib.

Tural Tağıyev
Azvision.az


Teqlər: ABŞ   Atışma   Ölüm  



Xəbər lenti