"Rusiyanın Avropa İttifaqı ilə əlaqəsi qalmayıb"- Lavrov

   "Rusiyanın Avropa İttifaqı ilə əlaqəsi qalmayıb"-   Lavrov
  23 Mart 2021    Oxunub:1517
Rusiya xarici işlər naziri Sergey Lavrov rəsmi Moskvanın Avropa İttifaqı ilə əlaqəsinin olmadığını bəyan edib.
Azvision.az xəbər verir ki, rusiyalı nazir Avropa İttifaqı ilə əlaqələrin bütün infrastrukturunun Brüsselin birtərəfli hərəkətləri nəticəsində məhv edildiyini söyləyib. Bu səbəbdən də hazırda Rusiyanın təşkilatla əlaqəsi qalmayıb.

Lavrov onu da vurğulayıb ki, ölkəsi həmişə qonşuları ilə əməkdaşlığa köklənib.

"Ölkəmiz coğrafi cəhətdən Avrasiya qitəsinin geniş hissəsində yerləşir. Həmişə münasibətlərimizi bütün azimutlarda inkişaf etdirməkdə maraqlı olmuşuq", - deyə xarici işlər naziri fikirlərinə Çinlə olan uğurlu qonşuluq siyasətini də əlavə edib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Lavrov   Rusiya   XİN   Nazir  



Xəbər lenti