Ermənistanda kriminal avtoritet güllələnib

 Ermənistanda kriminal avtoritet güllələnib
  23 Mart 2021    Oxunub:2870
Ermənistanda "Boksçu Samo" ləqəbi ilə tanınan kriminal avtoritet Samvel Matevosyana qarşı sui-qəsd həyata keçirilib.

Azvision.az xəbər verir ki, kriminal aləmin nüfuzlu şəxslərindən sayılan Samvel çoxsaylı güllə yarası ilə Vanadzordakı xəstəxanaya yerləşdirilib.
Yerli medianın yaydığı məlumata görə, onun başında və bədənində xeyli sayda güllə yaraları olduğu üçün vəziyyəti ağırdır.

Ermənistanın kriminal xəbər saytlarından biri isə Matevosyanın martın 22-də Vanadzor-Dilican yolunda avtomobil qəzasına uğradığını yazıb. Nəticədə 32 yaşlı Hrayr Hovsepyan yaralanıb və 21 yaşlı Artem Madoyan isə ölüb. Qəzanın atışma ilə əlaqəsinin olması versiyası irəli sürülüb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Kriminal   Sui-qəsd   Ermənistan  



Xəbər lenti