Niderlandda məhdudiyyətlər aprelin 20-dək uzadıldı

Niderlandda məhdudiyyətlər aprelin 20-dək uzadıldı
  24 Mart 2021    Oxunub:1557
Niderlandda yeni növ koronavirus pandemiyası ilə əlaqədar küçəyə çıxma qadağası aprelin 20-ə qədər uzadılıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Niderland höküməti məlumat yayıb.

Ölkənin baş naziri Mark Rutte tətbiq edilən komendant vaxtının isə martın 31-dən etibarən 1 saat azaldılacağını qeyd edib. Onun sözlərinə görə, martın 31-dən komendant saatının vaxtı axşam saat 21:00-da deyil, 22:00-da başlayacaq.

Baş nazir qeyd edib ki, xəstəxanalardakı xəstələrin sayının artması, əvvəllər tətbiq olunan tədbirlərin ləğv edilməsinə imkan vermir. O, lazım olmadıqca may ayına qədər xaricə səyahət etməməyi tövsiyyə edib.

Azvision.az




Teqlər: Niderland   COVID-19  



Xəbər lenti