Fransada 10 PKK şübhəlisi nəzarətə alındı

Fransada 10 PKK şübhəlisi nəzarətə alındı
  24 Mart 2021    Oxunub:1788
Fransada PKK terrorçusu olmaqda şübhəli bilinən 10 nəfər saxlanılıb. Onlardan biri qadındır.
Azvision.az xəbər verir ki, Fransa mətbuatının hüquq-mühafizə orqanlarına istinadən verdiyi məlumata görə, həbs Paris məhkəmə orqanlarının təşəbbüsü ilə başlanıb. Nəzarətə alınanlara “terror təşkilatı yaratmaq və onu maliyyələşdirmək” ittihamı irəli sürülüb.

Qeyd edək ki, ötən ilin fevral ayının 21-də Fransanın cənub-qərbində PKK terror təşkilatını maliyyələşdirdiyinə görə dörd şəxsə qarşı cinayət işi açılmışdı. Ancaq keçən il başlanan istintaqla polisin həyata keçirdiyi əməliyyat arasında bir əlaqə olub-olmadığı hələ məlum deyil.

Azvision.az



Teqlər: Fransa   PKK  



Xəbər lenti