Özbəkistanda karantin rejimi yenidən gücləndirilir

Özbəkistanda karantin rejimi yenidən gücləndirilir
  24 Mart 2021    Oxunub:1736
Aprelin 1-dən Özbəkistanda karantin rejimi yenidən gücləndirilir, toyların və digər şənliklərin, həmçinin kütləvi mədəniyyət tədbirlərin keçirilməsinə məhdudiyyətlər qoyulur.
Azvision.az xəbər verir ki, bununla bağlı Özbəkistan Koronavirusla bağlı Xüsusi Respublika Komissiyası qərar qəbul edib.

Bildirilir ki, toy zamanı şənlikdə karantin qaydalarına əməl etməklə 100-dən artıq adam olmamalıdır, konsertlərdə salondakı yerlərin 50 faizinə bilet satılmalıdır.

Aprelin 1-dən bir sıra ticarət müəssisələrinin fəaliyyətinə də məhdudiyyətlər tətbiq olunur.

Bildirilir ki, martın 23-nə olan məlumata görə Özbəkistanda 81 min 678 xəstə qeydə alınıb, onların 80 min 45-i sağalıb. Hazırda xəstəxanalarda 1010 xəstə müalicə edilir.

Azvision.az


Teqlər: Özbəkistan   virus  



Xəbər lenti