Paşinyanı ələ salan general müdafiə nazirini məhkəməyə verdi
T.Xaçatryan müdafiə nazirinin onu ehtiyata göndərməsi barədə əmrini qanunsuz hesab edir. O, öz vəzifəsinə bərpa olunması üçün məhkəməyə müraciət edib.
Qeyd edək ki, prezident Armen Sarkisyan Xaçatryanın istefası barədə qərarı baş nazir Nikol Paşinyanın təklifi ilə 24 fevral tarixində qəbul edib. Mətbuat onun işdən çıxarılmağının səbəbini Paşinyanın döyüş əməliyyatları zamanı "İsgəndər" raketlərinin 10% partladığı barədə açıqlamasına verdiyi reaksiya ilə əlaqələndirib.
Belə ki, Xaçatryan jurnalistin bununla bağlı sualına gülüb və bu cür açıqlamaların sadəcə ciddi olmadığını qeyd edib: "Əlbəttə ki, mümkün deyilş Necə? İsgəndər? Bir atış? 10%? .. Bağışlayın, amma bu ciddi deyil".
Azvision.az
Teqlər: Ermənistan General







Vaxtında, Aydın, Lazımlı!


