AKP İdarə Heyətinin yeni tərkibdə ilk iclası keçirildi

AKP İdarə Heyətinin yeni tərkibdə ilk iclası keçirildi
  25 Mart 2021    Oxunub:3617
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yeni tərkibli Mərkəzi Qəraralma və İdarə Heyətinin ilk iclası keçirilib.
Yenidən AKP-nin sözçüsü seçilən Ömər Çelik iclas və gündəlikdə duran məsələlər barədə məlumat verib.

Ədalət və İnkişaf Partiyasının Mərkəzi İdarə Heyətinin yeni tərkibi barədə məlumat verən Ö.Çelik diqqətə çatdırıb ki, Binəli Yıldırım və Numan Kurtulmuş AKP sədrinin birinci müavini seçiliblər.

Gündəlikdə duran məsələlər barədə fikir və mülühizələrini bölüşən hakim partiyanın sözçüsü jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Azvision.az


Teqlər: AKP  



Xəbər lenti