İtaliyada daha 460 nəfər koronavirusdan öldü

İtaliyada daha 460 nəfər koronavirusdan öldü
  25 Mart 2021    Oxunub:3070
İtaliyada son sutka ərzində 21 267 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.

Bildirilib ki, İtaliyada indiyədək koronavirusa yoluxanların ümumi sayı 3 440 862 nəfərə yüksəlib. Son bir gündə pandemiya qurbanlarının sayı 460 nəfər artaraq 106 339-a çatıb, bu günədək 2 773 215 xəstə müalicə olunaraq sağalıb.

Hazırda ölkədə 561 308 aktiv koronavirus xəstəsi var, onlardan 3588-i ağır vəziyyətdədir.

Azvision.az


Teqlər: İtaliya   Koronavirus  



Xəbər lenti