Rusiyada bir gündə 9221 nəfərdə virus aşkarlandı

Rusiyada bir gündə 9221 nəfərdə virus aşkarlandı
  25 Mart 2021    Oxunub:1642
Rusiyada son sutka ərzində koronavirusa 9221 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 492 692 nəfərə çatıb.

Rusiyada son sutkada 393 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 96 612 nəfərdir. İndiyə qədər 4 109 281 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  



Xəbər lenti