Rusiya üçüncü peyvəndinin istehsalına başladı

 Rusiya üçüncü peyvəndinin istehsalına başladı
  25 Mart 2021    Oxunub:2968
Rusiyada koronavirusa qarşı üçüncü peyvəndin - "KoviVac"ın rəsmi olaraq istehsalına başlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Elm və Ali Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Peyvəndin istehsalına başlanılmasını nazir Valeri Falkov elan edib.

"Rusiyanın üçüncü peyvəndi mülki dövriyyəyə buraxılır və yaxın günlərdə bölgələrə çatdırılacaq”, - məlumatda vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: KoviVac   Peyvənd  



Xəbər lenti