Almaniyada koronavirusun üçüncü dalğası başladı

 Almaniyada koronavirusun üçüncü dalğası başladı
  25 Mart 2021    Oxunub:2020
Almaniyada yeni növ koronavirus (COVID-19) pandemiyasının üçüncü dalğası yaşanır, yoluxmalarda yenidən kəskin artım var.
Azvision.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Bundestaqda çıxışı zamanı deyib.

"İndi üçüncü dalğadayıq, yenə də yoluxmada artım var. "Britaniya ştammı" dominant hala gəlib, əslində yeni bir pandemiya şərtləri ilə yaşayırıq", - kansler əlavə edib.

Merkel ölkə vətəndaşlarını dövlət xidmətindən istifadə etməyə və pulsuz koronavirus testi verməyə çağırıb:

"Bunu bütün Almaniya ərazisində açılan peyvənd mərkəzlərində etmək olar. Peyvəndlənmənin effektivliyinə əmin olana qədər koronavirus testi pandemiyaya nəzarət üçün zərurətdir. Britaniya ştammı ölkədə bütün yaş qruplarını təhdid edir. Reanimasiya şöbələrində narahatlıq çox yüksəkdir. Xəstəxanalarda 90 yaşında olanlar deyil, 50, 60 və 70 yaşlı insanlar olacaq. Mübarizə aparmaq bizim ortaq vəzifəmizdir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AngelaMerkel  





Xəbər lenti