Lukaşenkonun 100-dən çox tərəfdarı Baltikyanı ölkələrə buraxılmayacaq
"Dzen Voli (Azadlıq günü - red.) tədbirlərini qeyd edən Belarus xalqı ilə həmrəylik əlaməti olaraq, Estoniya, Latviya, Litva hüquq-mühafizə və məhkəmə orqanlarından olan daha 118 nəfərə giriş qadağası tətbiq edib. Onlar demokratik hərəkatın sistematik şəkildə yatırılmasına məsuldurlar”, - Liymets “Twitter”də yazıb.
Litva Prezidenti Qitanas Nauseda da öz növbəsində Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya ilə görüşündə ölkənin Aİ ilə birlikdə siyasi məhbus saydıqları şəxsləri azad etmək üçün çalışmalarını davam etdirəcəyini söyləyib.
"Belarus xalqı oyandı və demokratik bir ölkədə azad həyat uğrunda mübarizə aparmaq istəyir, biz bu hədəfi qətiyyətlə dəstəkləyirik" - Nausedanın mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Litva, Latviya və Estoniya Lukaşenko tərəfdarlarına qarşı yeni milli və regional sanksiyalar paketi hazırlayıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Belarus