Britaniyada reaktiv təyyarə qəzaya uğrayıb

Britaniyada reaktiv təyyarə qəzaya uğrayıb
  26 Mart 2021    Oxunub:1433
Böyük Britaniyada “Royal Navy Hawk T1” reaktiv təyyarəsi qəzaya uğrayıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə Kornvalda tarlaya düşüb.

Hadisə zamanı təyyarədə iki pilot olub. Onlar xilas ediliblər. Pilotlara tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdiriliblər.

Qəzaya səbəb kimi mühərrikdə nasazlığın olması göstərilib.

Azvision.az


Teqlər: Britaniya   Qəza  



Xəbər lenti