Çin Britaniyaya qarşı yeni sanksiyalar elan etdi

Çin Britaniyaya qarşı yeni sanksiyalar elan etdi
  26 Mart 2021    Oxunub:1829
Çin Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, rəsmi Pekin Böyük Britaniyadan olan bir sıra şəxslərə qarşı sanksiya tətbiq edib.
Azvision.az xəbər verir ki, buna səbəb Çinin Sincan Uyğur Muxtar Bölgəsi ətrafında yaranmış vəziyyətlə bağlı yalan və dezinformasiyaların yayılmasıdır. Pekin artıq bu istiqamətdə insan hüquqları mövzusunda yalan məlumatlar yayan britaniyalı 9 fiziki və dörd hüquqi şəxsə sanksiya tətbiq edib.

Nazirliyin bəyanatında sanksiyaya düşən şəxslərin və ailələrinin Çinə girişinə qadağa qoyulacağı bildirilir. Çin vətəndaşları və qurumları da sanksiya siyahısında olan insanlar və şirkətlərlə ticarət, əməkdaşlıq edə bilməyəcəklər.

Siyahıdakı şəxslər arasında Britaniya Parlamentinin üzvləri, keçmiş əmək və pensiya naziri, Mühafizəkarlar Partiyasının keçmiş lideri Yan Dunkan Smit və digər tanınmış britaniyalılar da var.

Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilir ki, Çin milli suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qəti şəkildə müdafiə etmək niyyətindədir və qarşı tərəfi yanlış istiqamətdə getməməyə çağırır.

Tural Tağıyev
Azvision.az


Teqlər: Çin   Sanksiya   Böyük-Britaniya  



Xəbər lenti