ABŞ-da 111 nəfər soyuqdan ölüb

ABŞ-da 111 nəfər soyuqdan ölüb
  26 Mart 2021    Oxunub:2693
Fevral ayında ABŞ-ın Texas ştatını iflic edən anomal soyuqlar nəticəsində ən azı 111 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə məlumatı "CNN" telekanalı Texas Səhiyyə Departamentinə istinadla yayıb. Bütün ölüm halları 11 fevral - 5 mart tarixləri arasında baş verib və əsasən insanlar donvurma nəticəsində vəfat ediblər.

Xatırladaq ki, fevralda Texas ştatı üçün anormal sayılacaq soyuq havalar və qar fırtınaları baş verib. Ştatda elektrik şəbəkəsinin verilməsində uzunmüddətli fasilələr yaranıb, milyonlarla istehlakçı bir neçə gün işıqsız qalıb. Texasın 14.9 milyon sakini su təchizatı ilə də bağlı problemlərlə üzləşib. Bir çox insan donvurmadan əziyyət çəkib.

Tural Tağıyev
Azvision.az



Teqlər: ABŞ   Donvurma   Qar-çovğunu  



Xəbər lenti