Erməni nazirin açıqlaması gülüş doğurdu

Erməni nazirin açıqlaması gülüş doğurdu
  26 Mart 2021    Oxunub:4086
Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan qeyri-dəqiq proqnoz verərək, ölkəsində gülüş hədəfinə çevrilib.
Azvision.az xəbər verir ki, sosial mediada nazirin turizmlə bağlı şişirdilmiş rəqəmlər səsləndirməsi tənqid edilib, eyni zamanda onun fikirləri insanlar arasında gülüş doğurub.

Kerobyan iddia edib ki, bu il ölkəsində turistlər fantastik dərəcədə çox olacaq: "2020-ci illə müqayisədə bu il turizm sektorunun 319 faiz böyüməsi proqnozlaşdırılır”.

"Ötən il turistimiz olmadı", - deyən iqtisadiyyat naziri bu il Novruz bayramı ilə əlaqədər bir qrup iranlının Ermənistana qonaq gəldiyini qeyd edib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Nazir   Ermənistan   Turizm  



Xəbər lenti