Maşını qəsdən insanların üzərinə sürdü - 7 nəfər yaralandı

Maşını qəsdən insanların üzərinə sürdü -  7 nəfər yaralandı
  27 Mart 2021    Oxunub:1486
İspaniyanın Kastiliya-La Mança muxtar icmasında avtomobilin kütləyə çırpılması nəticəsində azı yeddi nəfər xəsarət alıb.
Azvision.az xəbər verir ki, bu barədə regional təcili tibbi xidmət məlumat yayıb.

Bildirilib ki, hadisə Yunkera-de-Enares bələdiyyəsinin ərazisində baş verib. İnsident zamanı yaralanan dörd nəfər xəstəxanaya aparılıb.

Sürücünün avtomobili qəsdən insanların üzərinə sürdüyü iddia edilir. Onun uşaqları ilə bağlı qəyyumluq hüququnu itirməsi səbəbindən bu addımı atdığı deyilir. Hazırda faktla bağlı araşdırm aparılır.

Azvision.az


Teqlər: İspaniya   qəza  



Xəbər lenti