Myanmada Amerika Mədəniyyət Mərkəzi atəşə tutuldu

Myanmada Amerika Mədəniyyət Mərkəzi atəşə tutuldu
  27 Mart 2021    Oxunub:2010
Myanmanın keçmiş paytaxtı Yanqon şəhərində yerləşən Amerika Mədəniyyət Mərkəzinin binası atəşə tutulub.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ-ın bu ölkədəki səfirliyi məlumat yayıb.

"ABŞ səfirliyi martın 27-də Yanqon şəhərində yerləşən Amerika Mədəniyyət Mərkəzinin atəşə tutulduğunu təsdiqləyir. Heç kim xəsarət almayıb. Bu hadisəni araşdırırıq",- deyə səfirliyin "Twitter" hesabında paylaşım edilib.

Bundan əvvəl yayılan məlumatda Myanmanın bir neçə şəhərində hökumət əleyhinə aksiya keçirən vətəndaşlarla təhlükəsizlik qüvvələri arasında qarşıdurmaların yaşandığı, 50-dən çox nümayişçinin öldürüldüyü bildirmişdi.

Azvision.az


Teqlər: ABŞ   Myanma  



Xəbər lenti