İran ABŞ-ın sanksiyalarına görə vaksin ala bilmir
İran lideri ABŞ-ın keçmiş prezidenti Donald Tramp dövründə başlayan sanksiyaların xaricdən peyvənd alınmasına ciddi maneələr yaratdığını bildirib.
Ruhani səlahiyyət müddəti 18 iyunda keçiriləcək prezident seçkiləri ilə sona çatacaq hökumətinin ən vacib hədəfinin sanksiyaların ən azından bir hissəsinin aradan qaldırılması və epidemiyanın nəzarətdə saxlanılması olduğunu əlavə edib.
Onun sözlərinə görə, ABŞ-ın tətbiq etdiyi sanksiyalar səbəbilə xaricdən peyvənd almaqda çətinlikə üzləşən İran problemi Çin, Rusiya və Hindistan kimi ölkələrdən vaksinlər almaqla həll etməyə çalışır.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


