Nigerdə terrorçular 141 nəfəri öldürdülər

Nigerdə terrorçular 141 nəfəri öldürdülər
  27 Mart 2021    Oxunub:2492
Nigerin şimal-qərbində yerləşən Tehua bölgəsindəki bəzi kəndlərdə silahlılar tərəfindən öldürülən mülki vətəndaşların sayı 141 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bunu Nigerin daxili işlər naziri Alkaş Alhada deyib. O, şahidlər və hücuma məruz qalan kəndlərdə yaşayan insanlarla görüşdüklərini bildirib.

Nazirin sözlərinə görə, terrorçuların hucumu zamanı azı 141 nəfər ölüb.

Qeyd edək ki, Nigerin Mali və Burkina- Fasoya bitişik qərb bölgələri tez-tez "Qərbi Afrikadakı İslam Dövləti" adlı terrorçu qruplaşmanın hücumlarına məruz qalır.

Azvision.az


Teqlər: Afrika   Niger  



Xəbər lenti