İranda 67 şəhərə giriş-çıxış qadağan edildi

İranda 67 şəhərə giriş-çıxış qadağan edildi
  27 Mart 2021    Oxunub:2839
İranda koronavirusa yoluxma hallarının artması ilə əlaqədar 67 şəhərə giriş-çıxış qadağan edilib.
Azvision.az xəbər verir ki, bu barədə İranın Koronavirusla Mübarizə Qərargahının sözçüsü Əlirza Rəisi bildirib.

Onun sözlərinə görə, ötən gün daha 23 şəhər “qırmızı”, 44 şəhər isə “narıncı” siyahıya daxil olub.

Əlirza Rəisi qeyd edib ki, Novruz bayramında səfərlərin çoxalması və karantin qaydalarına riayət edilməməsi səbəbindən ölkə üzrə yoluxma hallarında artım müşahidə olunur.

Azvision.az


Teqlər: İran   Koronavirus  



Xəbər lenti