321 gəmi Süveyş kanalında növbə gözləyir
Onun sözlərinə görə, Panama bayrağı altında üzən və 400 metr uzunluğunda olan “Ever Given” yük gəmisinin ətrafından 90 min ton ballast suyu təmizlənib.
Misir rəsmisi vurğulayıb ki, hadisənin əsas səbəbi bir gün əvvəl həmin ərazidə baş vermiş güclü qum fırtınası nəticəsində kanalın dayazlaşması olub.
Hazırda kanalın açılması istiqamətində işlər aparılır. Süveyş kanalında hərəkətin nə vaxt bərpa olunacağı hələlik məlum deyil.
Azvision.az