Türkiyədə son sutkada 30 mindən çox yoluxma qeydə alındı

   Türkiyədə son sutkada 30 mindən çox yoluxma qeydə alındı
  28 Mart 2021    Oxunub:2244
Türkiyədə son sutka ərzində 151 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 30 min 21 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 3 milyon 179 min 115, pandemiya qurbanlarının sayı isə 30 min 923 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 milyon 939 min 929 pasiyent (son sutkada 18 892 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  



Xəbər lenti