Kanadada kitabxanaya bıçaqlı hücum olub

Kanadada kitabxanaya bıçaqlı hücum olub
  28 Mart 2021    Oxunub:1897
Kanadanın Nort-Vankuver şəhərindəki kitabxanaya bıçaqlı hücum nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə “CBC” kanalı məlumat yayıb.

Qeyd olunub ki, hadisəni 20 yaşlı oğlan törədib. Polis hələ hücumun motivlərini müəyyənləşdirməyib və hadisənin şahidi olan hər kəsdən hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əlaqə saxlamalarını istəyib.

Şahidlərin sözlərinə görə, hücum edən şəxs çox uzun və qeyri-adi bir bıçaq ilə silahlanıb. Kanadanın baş naziri Castin Tryudo hadisə ilə bağlı başsağlığı verib, yaralılara tez bir zamanda sağalmağı arzulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Kanada   Bıçaqlanma  



Xəbər lenti