BMT: Şənbə günü Myanmada 107 nəfər öldürülüb
“Şənbə günü çevriliş əleyhinə nümayişlərin başlamasından bəri ən qanlı gün olub”, - deyə açıqlamada vurğulanıb.
Qeyd olunub ki, təhlükəsizlik qüvvələri, çoxsaylı etibarlı mənbələrə əsasən, yeddisi uşaq daxil olmaqla ən azı 107 nəfəri öldürüblər. Bəyanatın müəllifləri ölüm sayının artacağını istisna etməyiblər.
Həmçinin deyilir ki, ölkənin 40-dan çox yerində koordinasiyalı hücumlar zamanı yüzlərlə insan yaralanıb və saxlanılıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Myanma







Vaxtında, Aydın, Lazımlı!


