Ermənistanda koronavirusdan ölənlərin sayı 3476-ya çatdı

Ermənistanda koronavirusdan ölənlərin sayı 3476-ya çatdı
  29 Mart 2021    Oxunub:1107
Ermənistanda son sutka ərzində daha 424 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 190 741 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 12 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3476-ya yüksəlib.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 882 nəfərdir. Aktiv xəstələrin sayı 14 287 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  



Xəbər lenti