Peskov Paşinyanın istefa qərarına münasibət bildirdi

Peskov Paşinyanın istefa qərarına münasibət bildirdi
  29 Mart 2021    Oxunub:2823
Ermənistanın baş naziri Nikol Paşinyanın aprel ayında istefa verəcəyi barədə qərarı Rusiya Prezidenti Vladimir Putinlə görüşün dərhal keçirilməsini tələb etmir.
Azvision.az xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov iki ölkə liderləri arasında təmasların davam etdiyini vurğulayıb.

“O, (Nikol Paşinyan - red.) vəzifəsini icra edəcək, buna görə də qeyd edilən qərarın müzakirəsi dərhal danışıqlar tələb etmir”.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan aprel ayında vəzifəsindən istefa verəcəyini açıqlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NikolPaşinyan  



Xəbər lenti