“Daşnaksütyun” nümayəndələri Türkiyə bayrağını yandırdılar

 “Daşnaksütyun” nümayəndələri Türkiyə bayrağını yandırdılar
  29 Mart 2021    Oxunub:3378
Bu gün Ermənistan Təhlükəsizlik Şurasının binası qarşısında “ARF Daşnaksütyun” partiyasının nümayəndələri mitinq keçiriblər.
Azvision.az xəbər verir ki, partiya fəalları Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Ermənistanın Türkiyəni düşmən dövlət hesab etməməsi və İrəvanın yanaşmalarında bəzi düzəlişlərin olması barədə bəyanatına etirazlarını bildiriblər.

Etirazçılar Təhlükəsizlik Şurasının binası qarşısında Türkiyənin bayrağını yandırıblar. Onlar bayrağı Türkiyəyə nəyisə göstərmək üçün deyil, baş nazir Nikol Paşinyan və Armen Qriqoryanı qəzəbləndirmək üçün yandırdıqlarını qeyd ediblər.

“Bu binada illərdir ki, erməni ordusuna qarşı kampaniya aparan, xarici dövlətlərin maraqlarına xidmət edən, xalqın - ordunun fikrini ələ salan biri oturur”, - ARF nümayəndəsi Qeqam Manukyan deyib.

Təhlükəsizlik Şurasının işçilərinə müraciət edən Manukyan bu məsələdə alət olduqlarını bildirib və onları ayağa qalxmağa çağırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Türkiyə   Bayraq  



Xəbər lenti