Nur-Sultanda karantin qaydaları sərtləşdirilir

Nur-Sultanda karantin qaydaları sərtləşdirilir
  30 Mart 2021    Oxunub:1810
Qazaxıstanın paytaxtı Nur-Sultanda karantin qaydaları sərtləşdirilir.
Azvision.az xəbər verir ki, bu barədə paytaxtın dövlət sanitar baş həkimi Sarxat Beysenova qərar imzalayıb.

Bildirilib ki, karantinin sərtləşdirilməsinə səbəb Nur-Sultanda qeyri-sabit epidemioloji vəziyyət və koronavirusa yoluxma sayının artmasıdır. Yeni qadağalar martın 30-dan qüvvəyə minəcək.

Qərara əsasən, ticarət və əyləncə mərkəzləri qısaldılmış iş rejimində fəaliyyət göstərəcəklər.

Bundan əlavə, həftə sonları mərkəzlərin fəaliyyəti qadağan edilib. Bütün təhsil müəssisələrinin tələbələri, məktəblilər, buraxılış sinifləri istisna olmaqla distant təhsilə keçiriliblər. İaşə obyektlərinin həftə sonları fəaliyyəti qadağan olunub. Yalnız evə çatdırılma sifarişlərinə icazə veriləcək.

Azvision.az


Teqlər: Nur-Sultan   Karantin  



Xəbər lenti