Rusiyada koronavirusdan daha 409 nəfər öldü

Rusiyada koronavirusdan daha 409 nəfər öldü
  30 Mart 2021    Oxunub:2059
Rusiyada son sutka ərzində koronavirusa 8277 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 536 820 nəfərə çatıb.

Rusiyada son sutkada 409 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 98 442 nəfərdir. İndiyə qədər 4 155 996 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  



Xəbər lenti