Yaşlı insanlar vaksinə qarşı daha dözümlü olurlar

Yaşlı insanlar vaksinə qarşı daha dözümlü olurlar
  31 Mart 2021    Oxunub:2168
Gənclərlə müqayisədə yaşlı insanlar koronavirusa qarşı peyvəndə daha dözümlü olurlar.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın səhiyyə naziri Mixail Muraşko deyib.

"60 yaşdan yuxarı insanlar həqiqətən peyvəndə dözümlü olurlar. Bu gün peyvəndlənmə daha yaxşı gedir, onların temperaturlarında yüksəliş yoxdur. Gənc təbəqə isə peyvəndə temperatur artımı ilə tez reaksiya verir. Lakin onlarda immunitet ilk tətbiqdən sonra daha sürətlə əmələ gəlir",- deyə Muraşko "Birinci" kanalın efirində bildirib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Peyvənd   Rusiya   Yaşlı  



Xəbər lenti