Rusiya səfiri İtaliya XİN-ə çağırıldı

Rusiya səfiri İtaliya XİN-ə çağırıldı
  31 Mart 2021    Oxunub:1270
Rusiyanın İtaliyadakı səfiri Sergey Razov bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Azvision.az xəbər verir ki, bu barədə İtaliya XİN məlumat yayıb.

Qeyd olunub ki, Rusiya səfiri casusluqda ittiham olunan rus əməkdaşın saxlanılmasından sonra İtaliya XİN-ə dəvət edilib:

"Nazirliyin baş katibi Elizabett Belloni nazir Luici Di Mayonun göstərişi ilə səfiri Sergey Razovu XİN-ə çağırılıb”.

Xatırladaq ki, İtaliyada Rusiyaya casusluq etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. Həmin şəxslər Romadakı Rusiya səfirliyində çalışan rus zabiti və Hərbi Dəniz Qüvvələrinin kapitanıdır. Onlar pul müqabilində məxfi sənədləri təhvil verərkən ələ keçiriliblər.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: İtaliya  



Xəbər lenti