Bayden yenidən trapda büdrədi - VİDEO

Bayden yenidən trapda büdrədi -  VİDEO
  01 Aprel 2021    Oxunub:1489
ABŞ Prezidenti Co Bayden yenidən təyyarə trapında büdrəyib.
Azvision.az xəbər verir ki, bu barədə “The Hill”in “Twitter” hesabında video paylaşılıb.

Videoda Amerika prezidentinin yağışlı havada trapı necə qalxdığı göstərilir. Bayden çətir və səyahət çantasını özü daşıyır. O, yenidən trapda büdrəsə də, özünü saxlaya bilir.

Qeyd edək ki, bundan əvvəl martın 19-da da Bayden təyyarənin trapını qalxarkən büdrəyib. Ağ Ev prezidentin özünü yaxşı hiss etdiyini, buna küləyin səbəb olduğunu açıqlayıb.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: CoBayden  



Xəbər lenti