Türkiyədə koronavirusa yoluxmada növbəti rekord

   Türkiyədə koronavirusa yoluxmada növbəti rekord
  02 Aprel 2021    Oxunub:1456
Türkiyədə son sutka ərzində 176 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 40 min 806 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 3 milyon 357 min 988, pandemiya qurbanlarının sayı isə 31 min 713 nəfərə çatıb.

Türkiyədə indiyədək 3 milyon 35 min 43 pasiyent (son sutkada 20 817 nəfər) sağalaraq evə buraxılıb. Son günlər qardaş ölkədə virusa yoluxma sayında kəskin artım müşahidə edilir.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  



Xəbər lenti