Lavrov Ayvazyanla Qarabağ bəyanatlarını müzakirə edib

Lavrov Ayvazyanla Qarabağ bəyanatlarını müzakirə edib
  02 Aprel 2021    Oxunub:2334
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada səfərdə olan ermənistanlı həmkarı Ara Ayvazyanla görüşüb.
Azvision.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, nazirlər görüş zamanı humanitar və iqtisadi məsələləri müzakirə ediblər.

“Tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli müqavilələrinin həyata keçirilməsini müzakirə ediblər”, - deyə XİN bəyan edib.

Bundan əlavə, nazirlər ikitərəfli əməkdaşlığın aktual məsələləri, dövlətlər arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə hazırlıq barədə fikir mübadiləsi aparıblar.

Azvision.az


Teqlər: Rusiya   Ermənistan  



Xəbər lenti