Koronavirusa yoluxanların sayı 130 milyonu keçdi
Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 840 min 296 nəfərdir. İndiyədək 104 milyon 898 min 554 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
İkinci sırada Braziliya gəlir. İndiyədək bu ölkədə 12 842 717 yoluxma qeydə alınıb. Onlardan 325 559 nəfəri vəfat edib.
Üçüncü sırada yer alan Hindistanda pandemiya dövründə 12 303 131 nəfərdə virus aşkar edilib. Xəstələrdən 163 428 nəfəri həyatını itirib.
Dördüncü yerdə qərarlaşan Fransada 4 695 082 yoluxma, 95 976 ölüm faktı qeydə alınıb.
Siyahıda beşinci olan Rusiyada 4 554 264 nəfər virusa yoluxub ki, onlardan 99 233-ü ölüb.
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.
Aytən Zəhra
Azvision.az
Teqlər: Koronavirus Statistika







Vaxtında, Aydın, Lazımlı!


