“Baş Qərargah ətrafında vəziyyət həllini tapıb” - Davtyan

“Baş Qərargah ətrafında vəziyyət həllini tapıb” -  Davtyan
  02 Aprel 2021    Oxunub:2016
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ətrafında vəziyyət artıq həllini tapıb.
Azvision.az xəbər verir ki, bu barədə Baş Qərargahın yeni rəhbəri Artak Davtyan deyib.

“Baş Qərargah ətrafında vəziyyət həll edildi, iş adi qaydada davam edir. Baş nazir Nikol Paşinyanın istefasını tələb edən generallarla normal iş əlaqələri var. Baş Qərargah vəzifələrini yerinə yetirir".

Davtyan, sabiq həmkarı Qasparyanın və 40-a yaxın yüksək rütbəli hərbçinin hökumətin istefası ilə bağlı açıqlamasına münasibət bildirmək istəməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  



Xəbər lenti