Davtyan “İsgəndər” barədə suala cavab vermədi

Davtyan “İsgəndər” barədə suala cavab vermədi
  02 Aprel 2021    Oxunub:3249
Ermənistan Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi Artak Davtyan Qarabağda “İsgəndər” raketindən istifadə məsələsinə münasibət bildirməyib.
Azvision.az xəbər verir ki, bu barədə jurnalistlər Davtyana sual ünvanlayıblar.

“Mən heç nə deyə bilmərəm” - erməni general deyib.

Xatırladaq ki, bundan əvvəl baş nazir Nikol Paşinyan 44 günlük müharibə zamanı “İsgəndər”dən istifadə edildiyini açıqlayıb. O, raketin 10% partladığını bildirib. Daha sonra Paşinyan bununla bağlı ona yanlış məlumat verildiyini edərək, fikirlərini təkzib edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ArtakDavtyan  



Xəbər lenti