Rusların yarıdan çoxu Putinə etibar edir - SORĞU

Rusların yarıdan çoxu Putinə etibar edir -  SORĞU
  02 Aprel 2021    Oxunub:2426
Rusların yarısından çoxu Prezident Vladimir Putinə etibar edir.
Azvision.az xəbər verir ki, bu barədə “İctimai rəy” fondunun keçirdiyi sorğu göstərir.

Sorğunun nəticələrinə əsasən, rəyi soruşulanların 55%-i prezidentə etibar etdiklərini, 34% -i etibar etmədiklərini, 11% -i suala cavab verməkdə çətinlik çəkdiyini söyləyib.

Respondentlərin 59% -nin fikrincə, Putin vəzifəsinin öhdəsindən yaxşı gəlir, əksini düşünənlər 27% təşkil edir. 14% suala cavab verməyib.

Sorğu 26-28 mart tarixlərində Rusiyanın 73 vilayətinin 207 yaşayış məntəqəsində 18 yaşdan yuxarı 3 min respondent arasında yaşayış yerlərində müsahibə üsulu ilə aparılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Putin  



Xəbər lenti