Rusiyada bir gündə 400 nəfər virusdan öldü

Rusiyada bir gündə 400 nəfər virusdan öldü
  02 Aprel 2021    Oxunub:2435
Rusiyada son sutka ərzində koronavirusa 8792 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 563 056 nəfərə çatıb.

Rusiyada son sutkada 400 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 99 633 nəfərdir. İndiyə qədər 4 186 251 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  



Xəbər lenti