ABŞ Vyanadakı görüşdə iştirak etməyəcək
Onun sözlərinə görə, İran nümayəndə heyətinin iştirak edəcəyi toplantı, yalnız iştirakçı ölkələrin (Rusiya, Çin, Fransa, Böyük Britaniya və Almaniya, İran və Aİ nümayəndələri - red.) birgə komissiyanın iclasıdır. İclasın məqsədi ABŞ-ın Birgə Hərtərəfli Fəaliyyət Planına mümkün qayıdışını nəzərdən keçirməkdir.
Onun sözlərinə görə, ABŞ İranın iştirak etdiyi heç bir toplantıda, o cümlədən nüvə anlaşması ilə bağlı birgə komissiyanın iclasında iştirak etməyəcək. Bundan əvvəl İran Xarici İşlər Nazirliyi gələn həftə nüvə sazişi ilə bağlı Vyanada iclasın keçiriləcəyini bildirib.
Pərvanə Sultanova
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


