Türkiyədə yoluxma sayı yenidən rekord həddə çatdı

   Türkiyədə yoluxma sayı yenidən rekord həddə çatdı
  03 Aprel 2021    Oxunub:3164
Türkiyədə son sutka ərzində 179 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 42 min 308 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 3 milyon 400 min 296, pandemiya qurbanlarının sayı isə 31 min 892 nəfərə çatıb.

Türkiyədə indiyədək 3 milyon 59 min 462 pasiyent (son sutkada 24 419 nəfər) sağalaraq evə buraxılıb. Son günlər qardaş ölkədə virusa yoluxma sayında kəskin artım müşahidə edilir.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  



Xəbər lenti