Argentina prezidenti koronavirusa yoluxdu

Argentina prezidenti koronavirusa yoluxdu
  03 Aprel 2021    Oxunub:3051
Argentina prezidenti Alberto Fernandes koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkə başçısı Tvitter hesabında yazıb.

Prezident qeyd edib ki, hərarəti 37,3-ə yüksəlib və yüngül baş ağrısına görə antigeni müəyyənləşdirmək üçün test verib. Nəticəsi müsbət olub.

Fernandes özünü təcrid etdiyini vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Argentina   Koronavirus  



Xəbər lenti