Pandemiya autizmdən əziyyət çəkənlərə daha çox təsir edib
Uruquvay autizm federasiyasının yaradıcısı, psixoloq Mariena Qavraniç autizmli övladı olan valideynlərin də pandemiyadan ikiqat əziyyət çəkdiyini bəyan edib:
"Artıq anlamaq lazımdır ki, valideynlər də özlərini çox tənha hiss edirlər. Ailələri təcrid olunur, onlar isə əksinə, inteqrasiya edilməli olan bir nömrəli insanlar sayılırlar. Pandemiya şərtləri çərçivəsində yaşam keyfiyyətini artıracaq dəstək sistemi yaratmalıyıq".
2008-ci ildən bəri hər il 2 aprel tarixində Dünya Autizm Məlumatlandırma Günü kimi qeyd olunur. Bu gün BMT Baş Məclisinin 18 dekabr 2007-ci il tarixində autizmli uşaq sayının çoxluğundan narahatlığını ifadə edən qərarı ilə təsis edilib.
Tural Tağıyev
Azvision.az