Ohanyan seçkilərdə Koçaryanı dəstəkləyəcək

 Ohanyan seçkilərdə Koçaryanı dəstəkləyəcək
  03 Aprel 2021    Oxunub:1245
Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan parlament seçkilərində ikinci prezident Robert Koçaryanı dəstəkləyəcək.
Azvision.az xəbər verir ki, bu barədə Ohanyan açıqlamasında bildirib.

Sabiq nazir deyib ki, Robert Koçaryanın hakimiyyəti dövründə Ermənistan daha yaxşı mövqedə idi və onun təcrübəsi indiki məqamda vacibdir.

“Robert Koçaryana çox hörmət edirəm, əgər siyasi proseslərdə iştirak etmək qərarına gəlsə, birmənalı şəkildə onun tərəfində olacağam".

Ohanyan, həmçinin qeyd edib ki, Koçaryan onu erkən seçkilərdə iştirak etməyə və komandaya qoşulmağa dəvət edərsə, bu təklifi qəbul edəcək:

“İndi belə bir təklif yoxdur, amma seçkilərdə iştirak edərsə, təklif olarsa, o zaman əlbəttə ki, onu qəbul edəcəyəm və dəstəkləyəcəyəm”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SeyranOhanyan  



Xəbər lenti