Əlcəzair nəşri Qarabağ haqqında analitik məqalə yayıb
Əlcəzairli professor yazır: “Biz görürük ki, regional alyansların mövqeyi daha da aydınlaşıb. Rusiya müharibə vaxtı hücuma məruz qalmayan, əksinə, başqasının torpağını işğal etmiş və təcavüzkar dövlət kimi tanınan Ermənistanı dəstəkləmədi. Azərbaycanla qardaş bağları olan Türkiyə isə Bakıya tam dəstəyini ifadə etdi. İrana gəldikdə, rəsmi Tehran Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan etdi. Ağır məğlubiyyətə düçar olan və kapitulyasiyaya imza atan Ermənistanda ölkədaxili siyasi sarsıntılar mərhələsi başlandı. Bu ölkədə qeyri-sabitlik və xaos ermənilərin regionda olan-qalan rolunun tamamilə itirilməsi ilə nəticələnəcək”.
Məqalədə vurğulanır ki, müharibədən sonra Türkiyə-Azərbaycan alyansı daha da möhkəmlənib. Diqqətə çatdırılır ki, bunun sayəsində Azərbaycan regionun ən güclü dövləti kimi mövqeyini möhkəmləndirib, Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın müxtəlif sahələrində böyük regional layihələr həyata keçirmək üçün yaxşı imkanlar əldə edib.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


