Yaponiyada donuzlar arasında taun yayılıb

Yaponiyada donuzlar arasında taun yayılıb
  03 Aprel 2021    Oxunub:1639
Yaponiyanın şərqindəki Qumma prefekturasının səlahiyyətliləri fermada donuzlar arasında taun xəstəliyinin yayıldığını bəyan ediblər.
Azvision.az xəbər verir ki, bu barədə “NHK” telekanalı məlumat yayıb.

Epidemioloji tədbirlər çərçivəsində təxminən 10 min heyvan məhv ediləcək. Bundan əlavə, bölgədəki infeksiyanın yaranma səbəbini müəyyən etmək üçün araşdırma aparılacaq.

Azvision.az


Teqlər: Taun  



Xəbər lenti