Myanmada baş verən toqquşmalarda 557 nəfər ölüb

Myanmada baş verən toqquşmalarda 557 nəfər ölüb
  04 Aprel 2021    Oxunub:1635
Myanmada hərbi rejim əleyhinə keçirilən etiraz aksiyalarında 500-dən çox mülki vətəndaş həyatını itirib.
Azvision.az -ın məlumatına görə, fevralın 1-dən baş vermiş toqquşmalarda ölənlərin sayı 557 nəfərə çatıb.

Myanmanın Yanqon, Mandalay, Myeik, Vundvin, Meikhtila və Kyaukpadaunq şəhərlərində polis və ordu qüvvələri tərəfindən aksiya iştirakçılarına atəş açılıb.

Qeyd edək ki, fevralın 1-də Myanma ordusu ölkədə bir il müddətinə fövqəladə vəziyyət elan edib və 2020-ci ilin noyabr seçkilərində genişmiqyaslı saxtakarlığın olması ilə əlaqədar ölkə başçısını vəzifəsindən uzaqlaşdırıb.

Hərbçilər hakimiyyətin silahlı qüvvələrin baş komandanı Min Aun Xlainə keçdiyini bildiriblər. Bununla yanaşı, vitse-prezident Myint Sveni müvəqqəti prezident təyin ediblər.

Azvision.az


Teqlər: Myanma   Toqquşma  



Xəbər lenti